20 Noyabr 2019 12:13
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində (ADU) yeni kadr təyinatı olub.

Teleqraf.com xəbər verir ki, bununla bağlı ADU-nun rektoru, akademik Kamal Abdulla müvafiq əmr imzalayıb.

Əmrə əsasən, professor Sevinc Zeynalova ali məktəbin Tədris işləri üzrə prorektoru vəzifəsinə təyinat alıb.

O, əvvəllər ADU-nun Elmi işlər üzrə prorektoru işləyib.

Qeyd edək ki, universitetin Tədris işləri üzrə əvvəlki prorektoru professor Əfqan Abdullayev olub. O, Təhsil Nazirliyinə təyinat alıb.


Müəllif: Teleqraf.com