Yeni ümidlərlə dolu ili Xərçəng bürcündəki ay tutulması ilə qarşıladıq. Ay tutulmasının təsirini hiss edəcəyimiz ayyarım müddətində emosional, dəyişkən münasibət və davranışlarımızdan xilas olmalıyıq.
Teleqraf.com Ay tutulmasının bürclərə təsirini təqdim edir.
Qoç bürcü
Yeni həftədə hədəfləriniz, gələcək üçün planlarınız və ev məsələləriniz gündəmdə olacaq.
Evinizdən məmnun deyilsinizsə, köçməyə qərar verə bilərsiniz. Karyeraya gəlincə, dəyişiklik yavaş-yavaş baş verir. Yeni bir sektora gedə və ya iş yerini dəyişə bilərsiniz. Cari işinizdə qərarlar verməyiniz istənilə bilər. Bu müddətdə daha inamlı hərəkət etməlisiniz.
Şəxsi həyatınız karyeranızdan daha yaxşı olacaq. Yaradıcılıq tələb edən hobbilərinizə müraciət edəcəksiniz.
Buğa
Ay tutulması daha çox kariyera və təhsil həyatınıza təsir edəcək. Olduğunuz mühitdə fikir və düşüncələriniz nəzərə alınacaq, karyeranızda bələdçi olacaqsınız.
İş axtaran buğalar da istəklərinə nail olacaqlar. Sevgi və ictimai həyatınız gözəldir. Həyat yoldaşınızdan, sevgilinizdən və ya yaxın dostlarınızdan gərəkli dəstək alırsınız.
Əkizlər
Bu müddətdə maliyyə inkişafı ön planda olacaq. Bu, maliyyə problemləri ilə bağlı yaxşı xəbər ala biləcəyiniz deməkdir. Uzun müddət almaq istədiyiniz bahalı əşyanı əldə edə bilərsiniz. Bir təşəbbüsünüz varsa və ya kreditə ehtiyac hiss edirsizsə, müraciətlərinizə müsbət cavab verilə bilər. Çox çalışmalı olsanız da, əməyinizin qarşılığını alacaqsınız. Eşq həyatınızda isə bir az həssaslıq hakim olacaq.
Xərçəng
Bürcünüzdə Ay tutulması müşahidə olunur. Bu tutulmaya görə, üzərinizdə bir az süstlük ola bilər, ancaq tənbəllikdən tez xilas olacaqsınız.
Həm şəxsi həyatda, həm də karyeranızda vacib təşəbbüslərə imza ata bilərsiniz. Hansı addım atmağınızdan asılı olmayaraq sürətlə hərəkət edəcəksiniz. Köçmək istəyirsinizsə, yeni bir ev tapa bilərsiniz. Münasibətinizdən razısınızsa, evliliyə addım ata bilərsiniz.
Bir sözlə, əzm və iradənizlə əldə edə bilməyəcəyiniz heç nə yoxdur.
Şir
Ay tutulması həyatınızı formalaşdıracaq və karyeranız ön planda olacaq. Bir ay yarım ərzində karyeranızda nəzarətinizdən kənarda baş verən hadisələr ola bilər.
Arxanızca danışılan söz-söhbətlərin olduğunu öyrənə bilərsiniz. Ya da böyük ümidlərlə bir işdə istədiyiniz hədəfə çata bilməyəcəksiniz.
Bununla yanaşı iddialı və həmişə ümidli olan Şirlər bir az səbr edərək uğur qazanacaqlar. Bu dövrdə fikirlərinizi başqaları ilə bölüşməndə də diqqətli olun.
Qız
Ay tutulmasın dostluq münasibətlərinizə təsir edəcək. Bu müddətdə dostlarınız narahat olduğunuz məsələlərdə yanınızda olacaq. Bəzən dostlarınıza siz dəstək verəcəksiniz. Həyatınıza yeni daxil olsa belə, sizə dogma olan insanlarla bir araya gələcəksiniz.
Sevgi həyatınıza gəldikdə, bu müddətdə münasibətlər ciddi ola bilər. Münasibətlər çox yeni olsa da, özünüzü sevdiyiniz şəxsə kifayət qədər yaxın hiss edəcəksiniz.
Tərəzi
Ay tutulması iş və karyeranıza müsbət təsir edəcək. Bu müddətdə rəhbərlərinizdən yaxşı dəstək ala bilərsiniz. İş yerinizi dəyişmək istəyirsinizsə, əhəmiyyətli görüşlər qarşınıza çıxacaq. İşinizlə təqdir qazana bilərsiniz.
Xülasə, bu ay yarımlıq müddət karyeranızın xoş inkişaf mərhələsi olacaq. İş yükü səbəbindən sevgi həyatınıza lazımi diqqəti göstərə bilməyəcəksiniz. Ailəli tərəzilərdə isə müəyyən ruh düqşkünlüyü ehtimalı var.
Əqrəb
Ay tutulması satış, marketinq, hüquqi məsələlər və səyahət kimi məsələlərdə sizə müsbət təsir göstərəcək. Yarım ay ərzində səyahət planları qura bilərsiniz. Xaricdəki şirkətlərlə işgüzar münasibətlərinizi inkişaf etdirmək şansındasınız. Beynəlxalq bir şirkətdə işə başlaya, ticarət əlaqələri qura bilərsiniz. Bir sözlə, karyeranızda şanslı və gərgin bir proses sizi gözləyir.
Bundan əlavə, ünsiyyət qurmaqda daha diqqətli olacaqsınız. Stresə görə sevdiyinizin, dostlarınızın qəlbini qırmamağa çalışın.
Oxatan
Yeni həfətə motivasiyanız artır, əziz Oxatanlar. İstədiklərinizi əldə edə biləcəyiniz və yerinizdə dayana bilməyəcəyiniz aktiv və əyləncəli bir dövr başlayır.
Bu enerji ilə idmana başlaya bilərsiniz. Ay tutulmasında asanlıqla pul əldə edə bilərsiniz, ancaq xərcləriniz artacaq.
Eyni zamanda, müəyyən miqdarda pulla sərmayə qoyacaqsınız. Bu həftə və sonrakı bir neçə ayda pulunuzun qənaətlə istifadə etməlisiniz. Sevgi məsələlərində isə çox şanslısınız. Çox sayda insanla tanış olub sosiallaşacaqsınız.
Oğlaq
Ay tutulması şəxsi həyatınıza müsbət təsir edəcək. Həyat yoldaşınız, münasibətləriniz, uşaq və ailənizlə bağlı xoş xəbərlər alacaqsınız. Ciddi münasibətlər evliliyə səbəb ola bilər.
Karyerada bir neçə ilin tənəzzül dövrü başa çatır. Yanvar ayında ilə gözəl müqavilələr imzalayacaqsınız. Bir sözlə, yeni həftə karyeranız, şəxsi həyatınıza uğurlar və fürsətlər gətirəcəkdir.
Dolça
Bu müddətdə gündəlik işlər, karyera və sağlamlıq problemləri ilə məşğul olacaqsınız. Gecikdirdiyiniz, lakin etməli olduğunuz işləri tamamlayacaqsınız. İş yerinizdə bir sıra əlavə işlə qarşılaşa bilərsiniz.
Başqasının öhdəliklərini öz üzərinizə götürməyiniz ehtimalı var. Sağlamlıq baxımından mövcud xəstəliklərin əlacı tapıla bilər. Pis vərdişlərinizdən xilas olmağınız mümkündür. İradəniz əvvəlkindən yüksək olacaq.
Balıqlar
Sevgi münasibətləriniz, uşaqlarınızla əlaqəli mövzular və hobbilərinizlə məşğul olacaqsınız. Həyatınızda xoş bir dövr başlayır. Təksinizsə, cazibədar bir insana rast gələ bilərsiz. Övlad arzulayan qadınlar hamilə qala bilər.
Bundan əlavə, idmana vaxt ayırın. Xülasə, karyera ilə müqayisədə şəxsi həyatınızda daha çox müsbət dəyişikliklər olacaq.