17 Yanvar 2020 10:24
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qanunvericiliyə görə dövriyyədə olan hər bir vəsaitin istifadəsi məcburi xarakter daşıyır. Əgər hansısa ticarət obyekti, iaşə müəssisəsi 1,3, 5 qəpiyi qaytarmaqdan imtina edirsə, bu, qanunvericiliyə ziddir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

İqtisadçının sözlərinə görə, xırda pulların istifadə olunmamasının əsas səbəbi alıcılıq qabiliyyətinin aşağı olmasıdır: “Praktik olaraq bəzi satış məntəqələri həmin qəpikləri almaqda maraqlı deyillər. Vətəndaşlar da onlara xırda pul qaytarıldıqda götürməkdən imtina edirlər”.

Ekspertin fikrincə, alıcılıq qabiliyyətinin aşağı düşməsi pulların dövriyyəyə buraxılmasınqdan sonra istehlak bazarındakı qiymət artımı ilə bağlıdır: “Biz bu pulların dövriyyədən çıxarılmasının tərəfdarı deyilik.

Bəzi hallarda xüsusilə də ticarət obyektləri yuvarlaq qiymətlər əvəzinə, fərqli rəqəmlərlə bitən qiymətlərə üstünlük verirlər. Marketlər məhz həmin qiymətlərlə rəqabət aparmağa çalışırlar. Xırda pullar dövriyyədən çıxarılsa, cüzi də olsa qiymət artımlarına səbəb olacaq”.

Vüqar Bayramovun sözlərinə görə, xırda pullarla yaranan problemi aradan qaldırmağın ən uyğun yolu nağdsız hesablaşmalardan istifadə etməkdir: “Əgər nağdsız hesablaşmalardan, kredit kartından istifadə olunarsa, qismən də olsa problem həll olunacaq. Vətəndaş alış-veriş etdiyi zaman nəğd ödənişə vaxt itirməyəcək, qalıq qaytarılmasını gözləməyəcək. Buna görə də, nağdız hesablaşmalardan istifadənin təşkili davam etdirilməlidir”.

Ekspert qeyd edib ki, yaxın gələcəkdə plastik kartlardan istifadəyə görə “Boeing” sisteminin tətbiq edilməsi nəzərədə tutulur: “Yeni nəsil kart aparatları quraşdırıldıqdan sonra bu sistemə başlanılacaq. Nağdsız hesablaşmaların tətbiq edilməsi “qara qəpik problemi”ni həll edəcək”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər