17 Yanvar 2020 10:09
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda növbədənkənar parlament seçkilərinə çoxlu sayda namizədin qeydə alınmasını görməkdən şadıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri bu gün jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger deyib.

Səfir bildirib ki, ABŞ Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini yaxından izləyir: "Fərqli spektləri təmsil edən namizədlərin, o cümlədən çoxlu sayda müstəqil, müxalif partiyalardan olan namizədlərin, gənclərin və qadınların, həmçinin yeni simaların qeydə alınmasını görməkdən çox şadıq".

L.Litzenberger qeyd edib ki, hazırda seçkiqabağı təşviqat kampaniyası yeni başlayır: “Biz şadıq ki, Azərbaycan seçkiləri müşahidə etmək üçün beynəlxalq müşahidəçiləri də dəvət edib. Biz beynəlxalq müşahidəçilərin müşahidə aparmasını da izləyəcəyik və seçki prosesi ilə bağlı rəyimizi bildirəcəyik”.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər