18 Yanvar 2020 11:43
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı yayılan məlumat və videogörüntülərə münasibət bildirib.

İdarədən Teleqraf.com-a daxil olan məlumatda deyilir:

"Bu gün bəzi elektron informasiya vasitələrində Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və video görüntülər yayımlanıb. Məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən verilən məlumata görə İdarə tərəfindən Uşaq bağçaları və Uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülür. Qeyd edilmiş hadisə ötən ilin dekabr ayında baş verib. Məsələni araşdıran komissiyanın qərarına əsasən dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub".


Müəllif: Teleqraf.com