24 Fevral 2020 16:51
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın bəzi qonşu ölkələrlə sərhədlərinin bağlanması müvəqqətidir.

Teleqraf.com-un məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin müdiri Abbas Musəvi deyib.

A.Musəvi bildirib ki, İran Xarici İşlər Nazirliyi səfirliklər vasitəsi ilə qonşu ölkələrin rəsmiləri ilə məsləhətləşmələr aparır və heç bir şübhəli halın sərhədlərdən keçməcəyi haqda onları arxayın edib:

“Sərhədlərin müvəqqəti şəkildə bağlanması ticarət, idxal-ixraca mane olmamalıdır”.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək 66 nəfərin yeni koronavirusa yoluxduğunu və 8 nəfərin həlak olduğunu təsdiqləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər