"Koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı yaşayış evlərinə naməlum şəxslərin daxil olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılıb".
Bu barədə Teleqraf.com-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, yayılan məlumatlar təsdiqini tapmayıb.
Xidmət rəisi əlavə edib ki, bu və ya digər formada paytaxtın polis orqanlarına hər şəhər sakinləri tərəfindən hansı müracət daxil olmayıb.