Azərbaycan Milli Olimpiya Komitəsinin İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsinə yeni müdir təyin edilib.
Axar.az xəbər verir ki, bu vəzifəyə "Space" TV-nin keçmiş aparıcısı, uzun illərdir “Park Bulvar” AVM-in mətbuat katibi vəzifəsini icra edən Günay Malikqızı təyin edilib.
Xatırladaq ki, G.Malikqızından əvvəl Azərbaycan Milli Olimpiya Komitəsinin İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsinin müdiri vəzifəsini Əzizə İsmayılova icra edib.