7 Mart 2020 16:04
1 494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan parlamentinə yeni seçilmiş millət vəkili Erkin Qədirliyə deputat nişanı təqdim olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə onun özü məlumat verib.

Erkin Qədirli bu gün Milli Məclisin Katibliyində olduğunu, girişdə koronavirus yoxlanışından keçdiyini bildirib:

“Deputat nişanımı və rəsmi blanklarımı aldım. Vəsiqəni ikinci iclasda verəcəklərini söylədilər. Birinci iclas gələn həftə olacaq, günü hələ məlum deyil. İki komitəyə yazıldım: Hüquq siyasəti və dövlət quruculuğu, habelə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə”.

O, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olmaqda maraqlı olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər