11 Mart 2020 16:39
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazirin yanında keçirilən iqtisadi blokun müşavirəsi, habelə Mərkəzi Bank sədrinin açıqlamaları əslində neftin ucuzlaşmasından sonra birinci gün yaranan ajotajı müəyyən dərəcədə aradan qaldıra bilib. Bu gün olan məlumata görə, birinci günlə müqayisədə dollara tələbat iki dəfə azalıb.

Bu sözləri Teleqraf.com-a millət vəkili, iqtisadçı Əli Məsimli dünya neft bazarında müşahidə olunan gərginlik və Azərbaycan baş nazirinin yanında bununla bağlı keçirilən müşavirə haqqında danışarkən deyib.

İqtisadçı bildirib ki, Azərbaycanda dollara olan təlabat normal haldır: “Biz internet əsrində yaşayırıq. İnsanlarımızın əksəriyyəti dünya bazarında gedən prosesləri müşahidə edir. Bu səbəbdən insanlar birinci gün daha çox ajiotaj içində idi. Amma Nazirlər Kabinetindəki məlum toplantı, Mərkəzi Bankın sədrinin açıqlamaları və bu prosesin uzun sürməyəcəyi ortaya çıxdıqda insanlarda sakitləşmə müşahidə olundu.

Mənə elə gəlir ki, koronavirus və onun ətrafında gedən proseslərin pik nöqtəsi artıq arxada qalıb. İndi virusun mərkəzi olan Çində müsbətə doğru dəyişiklik baş verir, Pekin İtaliyaya dəstək üçün mürciət edir. Bu kimi amillər göstərir ki, dünya ölkələri bu prosesi tez başa vurmaq və az itki ilə çıxmağa çalışır.

Azərbaycan hökuməti isə bu proseslərdə aktivlik nümayiş etdirir. Həm əlində olan çoxmilyardlıq vəsait var. Nəzərə alın ki, belə ekstrimal şəraitdə təhlükəsizlik yastığının qalınlığı həlledici amillərdəndir.

Azərbaycanda təhlükəsizlik yastığı kifayət qədər qalındır, lazım olan səviyyədə valyuta ehtiyatı var. Odur ki, süni sürətdə ajiotaj yaratmağa ehtiyac da yoxdur”.

Əli Məsimli qeyd edib ki, Azərbaycan hökuməti çevik fəaliyyəti, hadisələri qabaqmaqla, özünün əlində olan rsurslardan səmərəli və situasiyalara baxışlarda uzaqgörənliklə istifadə etməlidir ki, prosesdən çıxa bilsin: “İnanıram ki, bu cür hərəkətlərlə dünya neft bazarında mövcud olan gərgin durumdan daha az itki və çox qazancla çıxa biləcəyik”.


Müəllif: Cavad

Oxşar xəbərlər