29 Sentyabr 2014 21:08
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun birgə təşkilatçılığı ilə gələn ay informasiya texnologiyaları və təhlükəsizliyi standartlarının təşviqi üzrə Forum keçiriləcək.

Teleqraf.com xəbər verir ki, forumun əsas məqsədi ölkəmizdə bu sahədə olan İSO beynəlxalq standartlarının tətbiqi, mövcud sahələrə inteqrasiya imkanlarını müəyyən etməkdir. Belə ki, İSO 27000 “İnformasiya təhlükəsizliyi”, İSO 20000 “İnformasiya texnologiyaları idarəetmə sistemləri”, İSO 22301 “Proseslərin davamlılığı” adlı standartların tətbiqi əsas hədəflərdir.

Forumda Azərbaycanın, Rusiyanın aparıcı telekommunikasiya şirkətlərinin və Britaniya Standartlar İnstitutunun nümayəndələrinin məruzələri nəzərdə tutulur.

İlhamə


Müəllif:

Oxşar xəbərlər