Türkiyədə daha 96 nəfər pandemiyanın qurbanı olub.
Teleqraf.com-un məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 908 nəfərə çatıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 550 000-i ötüb. Bunların 344 837 nəfəri sağalıb, 91 720 nəfəri isə ölüb.