Koronavirusla mübarizədə karantin rejiminin əsas məqsədi virusun yayılmasının qarşısını almaq idi. İlk vəzifəmiz virus daşıyıcılarının aşkarlanması idi.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ qərərgahın brifinqində deyib:
"Virusa yoluxan xəstələrin aşkar edilib müalicə olunması əsas vəzifəmiz idi. Əhalinin karantin rejiminə əməl etməsi sevindirici hal oldu. Birinci vitse-prezidentin əhaliyə müraciəti, yeni klinikanın ağır xəstələrin müalicəsi üçün istifadəyə verilməsi çox mühüm əhəmiyyət kəsb etdi. İnsanların bu qaydalara əməl etdiyi üçün təşəkkür edirəm".