“AF-Hotel”də Rusiya Federasiyası İvanovo şəhərində yerləşən “İnterdom” Beynəlxalq uşaq evinin yaranmasının 81 illiyini qeyd etmək məqsədi ilə növbəti görüş-konfransın rəsmi açılış mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, konfransda dünyanın 50 ölkəsindən olan 150-dək məzun, eləcə də Azərbaycan nümayəndə heyəti iştirak edib.
Konfransı giriş sözü ilə “İnterdom” Məzunları Assosiyasının sədri Vanqelis Ksirotiris açıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda ailə institutu, dövlət rəhbərliyi tərəfindən ailələrə, uşaqlara göstərilən qayğı və diqqət haqqında ətraflı məlumat verib.
Rusiyanın ictimai-siyasi və elm xadimi Serqey Baburina konfrans iştirakçılarına Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrovun təbrik məktubunu çatdırdırıb. O, konfransın yüksək səviyyədə keçirilməsində Azərbacan rəhbərliyinə təşəkkürünü bildirib.
Konfrans çərçivəsində məzunları maraqlandıran bir çox məsələlər müzakirə olunub və gələcəkdə Azərbaycanla daha sıx əlaqələrin yaradılması barədə ətraflı danışıqlar aparılıb.
İlhamə