Təhsil Nazirliyi: “…başqa peşə təhsili müəssisələrinə müraciət edə bilərlər”
“2014/2015-ci tədris ilində 5 ilk peşə ixtisas təhsili müəssisəsinə şagird qəbulu verilməyib”.
Teleqraf.com-un Təhsil Nazirliyinə ünvanladığı suala cavabda bu informasiya verilib.
Qeyd edək ki, təhsil nazirinin 2014-2015 tədris ili üçün ilk peşə ixtisas təhsili müəssisələrinə şagird qəbulu planının təsdiq edilməsi barədə əmrə əsasən bəzi peşə məktəbi və peşə liseyində I kursa qəbul dayandırılıb. Bununla əlaqədar valideynlər övladlarının peşə məktəbi və lseylərinə qəbulu ilə bağlı narahatlıqlarını Teleqraf.coma bildiriblər. Sənədləri 1,3 12 saylı Bakı peşə məktəblərinə, 2,3 saylı Bakı peşə liseylərinə qəbul edilən şagirdlərə sentyabrın 15-də, bəzilərinə isə sentyabrın 16-da bildirlib ki, həmin məktəblərin I kursuna qəbul dayandırılıb. Valideynlər maraqlanır ki, qəbul olmayan övladlarının aqibəti necə olacaq?
Təhsil Nazirliynin İnformasiya şöbəsi, QHT və KİV-lə iş sektorundan valideynləri maraqlandıran bu suala Teleqraf.com vasitəsilə belə cavab verilib: “Həmin təhsil müəssisələrinə müraciət etmiş şagirdlərin bir çoxu digər müvafiq təhsil müəssisələrinə istiqamətləndirilib. Yerdə qalan şagirdlər isə müvafiq qaydada başqa ilk peşə ixtisas təhsili müəssisələrinə müraciət edə bilərlər”.
SEVİL