Müxtəlif üsullardan istifadə etməklə dərs mövzuları onlayn olaraq şagirdlərə çatdırılır. 50 minə yaxın müəllim virtual məktəb layihəsində şagirdlərə dərs tədris edir.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil Naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, özəl məktəblər fərqli formatda xüsusi platformalar üzərindən şagirdlərə onlayn tədrisi təşkil edirlər: "Məlumatlara görə, onlar 100 faiz əhatəliyi tətbiq ediblər. Nəzərə alaq ki, özəl müəssisələrdə təhsil alanların sayı daha azdır.
Eyni zamanda, bu məzmunu çatdırdıqları üçün təhsil haqqı da tələb edə bilərlər. Əks halda, yəni şagirdlərə dərs keçirilmirsə, təhsil haqqı tələbi düzgün deyil".
Nazir müavini Məhəbbət Vəliyeva əlavə edib ki, müəllimlər dərs ilinin əvvəlində proqram boşluqlarını doldurmaq imkanına malik olacaqlar.