Bakı, Sumqayıt, Gəncə, Lənkəran istisna olmaqla digər şəhərlərdə yaşayış yerini icazə ilə tərk etmək sistemi ləğv olunur.
Teleqraf.com xəbər verir ki, bunu Nazirlər kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib:
"Dövlət Qurumlarının fəaliyyəti tam bərpa olunur. Bulvar və parklara girişə icazə verilir. Digər rayonlara gediş-gəliş də mümkün olacaq. Bütün sahələr üzrə fərdi ticarət obyektləri fəaliyyət göstərəcək. Bu qaydalar qeyd olunan şəhərlər xaric bütün ölkəyə aiddir.
Bakıda restoranların fəaliyyəti qadağandır və sms icazəsi qüvvədədir. Eyni zamanda, 65 yaşdan yuxarı şəxslərin çölə çıxması qərarı qüvvədədir. Lakin ola bilsin ki, mayın 11-dən sonra yumşaldılma haqqında qərar qəbul olunsun" .
O bildirib ki, Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran şəhərlərinə digər regionlardan hərəkət qadağandır.