8 May 2020 21:30
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kiyevskaya ploşad” Şirkətinin təsisçiləri – hüquq elmləri doktoru, professor İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirusla mübarizə çağırışına növbəti dəfə dəstək veriblər. Belə ki, azərbaycanlı milyarderlər Bakıya 10 təcili yardım maşını hədiyyə ediblər.

Teleqraf.com-un məlumatına görə, Bakıya xüsusi reyslə gətirilən təcili yardım maşınları koronavirusla mübarizədə TƏBİB-in maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə həmin qurumun istifadəsinə verilib.

Xatırladaq ki, ötən ay professor İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait köçürüblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər