20 May 2020 12:37
1 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin (ATV) Xəbərlər Departamentinin iki əməkdaşı koronavirusa yoluxub.

Teleqraf.com-a ATV-nin mətbuat xidmətindən daxil olan məlumata görə, koronavirusa yoluxan kanal əməkdaşlarının səhhəti normaldır:

"İki əməkdaşımızda ilkin testin nəticəsi pozitiv çıxıb. Nəzərə alın ki, bu, ilkin nəticədir. Onlardan iki dəfə test götürülməlidir. Hazırda Heydər Məmmədov "Atletlər kəndi"ndə karantindədir. Rövşən Mahmudoğlu isə ATU-nun Tədris Cərrahiyyə klinikasındadır. Vəziyyətləri çox yaxşıdır, heç birində ağırlaşma yoxdur. Aşırı dərəcədə siptom hiss edilmir".

Mətbuat xidməti televiziyanın digər əməkdaşlarının testə cəlb olunub-olunmayacağını da münasibət bildirib: "ATV kanalı pandemiya dövründə dizenfeksiya işlərinə xüsusi diqqət yetirib. İzolyasiya tədbirlərinə riayət edilib.

Əməkdaşlarımızdan test götürülməsinə gəlincə, kimsə özündə siptom hiss edərsə, temperaturu olarsa, müvafiq instansiyalara müraciət ediləcək və onlardan test götürüləcək. İki əməkdaşımızla ünsiyyətdə olanların heç birinin səhhətində problem yoxdur".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər