3 Oktyabr 2014 00:54
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - Sağlamlıqla bağlı müəyyən problemləriniz baş qaldırdığından özünüzü qoruyun. Orqanizminizi gümrahlaşdırmaq üçün mümkün tədbirləri həyata keçirin. Saat 14-dən sonra uzaq yola çıxmaq olar.

BUĞA - Sağlamlığınızla bağlı çətinliyinizi dəf edə bilsəniz, qarşıya qoyduğunuz planları reallaşdıra biləcəksiniz. Hətta nahardan sonra varlanma ehtimalınız da var. Uzaq yola çıxmayın.

ƏKİZLƏR - Vaxtınızın əsas hissəsini sevgi amilinə həsr edin. İkili görüşlər, əyləncəli gəzintilər sizə fərəh gətirəcək. Saat 15-18 arası maliyyə problemlərinizin həlli üçün uğurlu vaxtdır.

XƏRÇƏNG - Ümumi vəziyyətiniz gərgin olduğundan bütün vacib işləri təxirə salın. Yaxşı olar ki, uzunmüddətli planlarınızı bir daha konkretləşdirəsiniz. Təzə xəbərlər də mümkündür.

ŞİR - Saat 16-ya qədər ümumi ovqatınızda gərginlik müşahidə olunduğundan əsas gücünüzü istirahətə yönəltməlisiniz. Bu gün sizə soyuq və duzlu qidalar qəbul etmək məsləhət deyil.

QIZ - Yeni görüş və danışıqlar üçün uğurlu təqvimdir. Özünüzü təmkinli və dözümlü aparın ki, sövdələşmələrin nəticəsi xeyrinizə olsun. Özünüzü yerli-yersiz tərifləməkdənsə, susun.

TƏRƏZİ - Bu gözəl təqvimi uğurlu keçirəcəksiniz. Səhər saat 11-dən etibarən bir neçə sevindirici prosesin iştirakçısına çevriləcəksiniz. Yeni işgüzar təkliflər alsanız, imtina etməyin.

ƏQRƏB - Maliyyə problemlərinə görə özünüzü üzməyin. Çünki ulduzların düzümü bu gün deyilən istiqamətdə sevinəcəyinizi bildirir. Həmkarlarınızla münasibətləri mümkün qədər qaydasına salın.

OXATAN - Bürclərin əksəriyyətində olduğu kimi bu gün sizin də səhhətinizdə narahatlıq gözlənilir. Qan təzyiqi ilə bağlı problemləriniz mümkündür. Çalışın ki, pəhriz saxlayasınız.

OĞLAQ - Səhhətinizlə bağlı bəzi xoşagəlməzlikləri nəzərə almasaq, günün əsas hissəsini rahat şəraitdə başa vuracaqsınız. Axşama yaxınsa gələcəyiniz üçün önəmli olan xəbər eşidəcəksiniz.

SUTÖKƏN - İşgüzar sövdələşmələrdə iştirak etmək üçün olduqca səmərəli gündür. Müzakirələr apardığınız həmsöhbətləriniz sizə xeyirli olan fikirlər söyləyəcək. Qərarlarınızda qətiyyətli olun.

BALIQLAR - Ailə üzvlərinizlə mübahisələriniz gözlənilir. Belə neqativ hallardan yayınmaq üçün davranışlarınızda nəzakətli olun. Nahardan sonra şəxsi büdcənizdə irəliləyişlər mümkündür.


Müəllif:

Oxşar xəbərlər