3 Oktyabr 2014 12:04
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Multikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıb. Bunu cümə günü Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru" mövzusunda "dəyirmi masa"da bildirib.

Dövlət müşaviri deyib: “2014-cü il fevralın 28-də Azərbaycanda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edildi, 2014-cü il 15 may tarixində Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında sərəncam imzaladı”.

Onun sözlərinə görə, Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şərait yaradılıb: "Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şərait yaradılıb. Müasir Azərbaycanda multikulturalizmin möhkəmləndirilməsi və saxlanmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xüsusi rol oynayıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Dövlət müşaviri qeyd edib ki, Azərbaycanda siyasi multikulturalizmin banisi Heydər Əliyevdir. Ümummilli lider bu məsələni ölkədə demokratiyanın ayrılmaz hissəsi hesab edirdi.

Onun sözlərinə görə, Azərbaycanda multikulturalizm atmosferinin saxlanması üçün ölkə rəhbərliyi beynəlxalq təşilatlarla, o cümlədən BMT, ATƏT, İƏT və Aİ ilə sıx əməkdaşlıq edir.

Dövlət müşaviri bildirib ki, Azərbaycanda multikultural təhlükəsizliyin təmin olunmasına sistemli yanaşma mövcuddur: "Göstərilən məsələyə xüsusi diqqət ayrılır və hazırkı forum multikultural təhlükəsizliyin intellektual göstəricilərindən biridir”.


Müəllif:

Oxşar xəbərlər