Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Standartlaşma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsinin (TK 05) növbəti iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbir Avropa İttifaqının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Twinning” layihəsinin beynəlxalq ekspertlərinin, TK 05-in üzvü olan yerli İKT şirkətlərinin nümayəndələrinin, Azərbaycan Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyevin iştirakı və Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilib.
Tədbir çərçivəsində Texniki Komitə ISO (International Standardization Organization) beynəlxalq əməkdaşlıq fəaliyyətində müşahidə olunan yeni tendensiyalar müzakirə edilib və gələcəkdə qarşılıqlı əməkdaşlıq daha səmərəli şəkildə davam etdiriləcəyi bildirilib.
Namiq Tağıyev Azərbaycanda həyata keçirilən “Twinning” layihəsi çərçivəsində bu ildən etibarən standartlaşdırma sisteminin beynəlxalq səviyyəyə çatdırılması, bu sahədə qanunvericiliyin, standartların satış sisteminin yaradılması və bu sahədə informasiya texnologiyalarının tətbiqini nəzərdə tutduğunu qeyd edib.
Elmir Vəlizadə öz növbəsində TK05 tərəfindən artıq 35 İKT standartının qəbul olunduğunu bildirib. Nazir müavini Məlumat Hesablama Mərkəzinin informasiya təhlükəsizliyi üzrə İSO 27001 standartı üzrə sertifikat aldığını qeyd edərək bu sahədə daha bir neçə standart üzərində işlərin aparıldığını deyib.
Sonda TK05 üzvləri İnformasiya Təhlükəsizliyi üzrə İSO/İEC 27032-2012, İSO/İEC 27035-2011 beynəlxalq standartları əsasında hazırlanmış identik milli standartları müzakirə edərək təsdiq etdilər.
İlhamə