Prezident İlham Əliyev Su təsərrüfatı və meliorasiya işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
Teleqraf.com-un məlumatına görə, Sərəncanla Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilir:
Allahverdiyev Yəhya Salman oğlu
Ələsgərov Yusif Sədaqət oğlu
Həsənov Eldəniz Ağayar oğlu
Mustafayev Usup Adil oğlu
Nəsibov Fəxrəddin Baxış oğlu
Nuriyev Elman Qoçu oğlu
Osmanov Teymur Əyyub oğlu
Sadıqov Saleh Teymur oğlu.