7 İyun 2020 11:09
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda sərtləşdirilmiş karantin rejimini pozan 1083 nəfər cərimələnib.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 06.06.2020-ci il saat 00:00-dan 07.06.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1083 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, respublikanın digər avtomobil yollarında isə sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 85 nəfər olmaqla ümumilikdə 1168 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.


Müəllif: Teleqraf.com