Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, infeksionist Nicat Əzimli koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə həkim özü sosial şəbəkədə məlumat verib.
“Bugünkü 387 nəfərin içində mən də varam. Ciyərlərimdə vəziyyət heç də yaxşı deyil. Hər bir ehtimalı nəzərə alaraq, sizə bir mesajı çatdırmağı özümə borc bilirəm. Xahiş edirəm, bizə inanın, insanlara bu virus yoxdur deyib, onları çaşdırmayın. Həkimlərə sayğı göstərin. Unutmayın, sizin üçün həyatımızı riskə atmışıq. İnşallah görüşmək ümidi ilə”, - deyə həkim yazıb.
Qeyd edək ki, ötən gün Azərbaycanda daha 387 nəfərdə koronavirus aşkarlanıb, 4 pasiyent vəfat edib, 274 nəfər sağalıb.