Bakıda və Abşeronun yaşayış massivlərində içməli su qıtlığı yaranıb.
Teleqraf.com xəbər verir ki, paytaxt sakinləri bu barədə sosial şəbəkələrdə məlumat yayıblar.
Bakının ayrı-ayrı rayonlarında, o cümlədən, Xətaidə, Sabunçuda, Binəqədidə son bir həftə ərzində mənzillərə su verilişinin ya tamam dayandırıldığı, ya da uzun fasilələrlə və qısa müddətə verildiyi bildirilir.
Abşeron rayonunda da analoji vəziyyətin hökm sürdüyü deyilir.
Bəzi məlumatlara görə, quraqlıqla əlaqədar ölkədə su çatışmazlığı yaranıb.
Məsələylə bağlı Teleqraf.com "Azərsu" ASC ilə əlaqə saxlamaq istəyib, ancaq zəngləri cavablandıran olmayıb.