20 İyun 2020 17:13
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov koronavirusa yoluxub.

Axar.az-a daxil olan məlumata görə, icra başçısının koronavirus testi pozitiv çıxıb.

Hazırda Tərtər İH əməkdaşlarının nəzarətə alındığı bildirilir.

Tərtər şəhər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva faktı təsdiqləməyib.

Qeyd edək ki, Tərtərin deputatı Sahib Alıyev də koronavirusa yoluxub.

Bundan öncə Tovuz rayonunun icra başçısı Məmməd Məmmədov koronavirusa yoluxub, Samux rayon icra başçısının müavini Qəzənfər Əliyev isə bu virusdan dünyasını dəyişib. Qəzənfər Əliyevin xanımının durumunun ağır olduğu bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər