“İnsan Hüquqları və Maarifçilik” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yeni layihəyə başlayır.
Teleqraf.com xəbər verir ki, “Qlobal şəbəkələrdən informasiya təzyiqinə qarşı effektiv mübarizə üsulları” adlı layihə 3 ay (20 iyun -20 sentyabr) müddətində keçiriləcək.
Layihənin əsas məqsədi Azərbaycana qarşı internet qlobal şəbəkəsindən, xüsusilə sosial şəbəkələrdə və qeyri-konstruktiv mövqeli KİV-lərdə “Fake news” (Saxta xəbər) hücumları və bütövlükdə informasiya təzyiqi haqqında cəmiyyətin məlumatlandırılmasıdır.
Təşkilatın sədri və layihənin rəhbəri Rəfail Becanov bildirib ki, layihənin əsas istiqaməti internetdə saxta xəbərlərə qarşı mübarizədə vətəndaş cəmiyyətinin mövqeyinin güclənməsi, ictimai fəallığın artırılmasında gənclərin və sosial şəbəkə fəallarının fəaiyyətinin artırılması üçün maariflənmə və izahat tədbirlərinin təşkil edilməsidir:
Layihə rəhbəri hesab edir ki, sosial şəbəkələrin əlçatanlığı Azərbaycanın əleyhinə çalışan qüvvələrin də işini asanlaşdırır: “Fake news” – saxta xəbər istehsalçıları sosial şəbəkə vasitəsilə insanları yanlış, zərərli, ölkə və dövlət üçün təhlükə vəd edən informasiyalarla "yükləməyə", mühasirəyə almağa çalışır və müxtəlif zərərli maraqların təminatçısı olaraq, cəmiyyəti öz maraqlarına tabe etmək və bu tabeçilikdən də maraqlarının ifadəçisinə çevirməyə çalışırlar”.