Türkiyə saxta qidalarla bağlı qanunu sərtləşdirib. Bazara saxta qida çıxaran istehsalçılara 500 min türk lirəsi cərimə və 3 ilə qədər həbs cəzası tətbiq ediləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) vəkili Mehmet Muş deyib.
O bildirib ki, qanun təklifi 34 maddədən ibarətdir: “Kənd təsərrüfatı sahələrinin hobbi bağlar kimi tətbiqlərlə bölüşdürülməsinin qarşısının alınması, sahib olduğu torpaqlarda icazəsiz ağac kəsilməsi ilə əlaqədar cəzaların artırılması, makaron, yarpaq siqaret kağızı, siqaret filtrinin nazirliyin nəzarəti altına alınması və daxili tütün istifadəsinin nisbətinin 30 faiz artırılması kimi qanun təklifləri Türkiyə Böyük Millət Məclisinə təqdim edilib. Məqsədimiz əkinçilik torpaqlarını qorumaqdır. Kənd təsərrüfatı məqsədli bir anbar və ya sahə inşa edə bilərsiniz. İcazəni kənd təsərrüfatı obyekti kimi götürüb fabrik və ya plaza tikilsə, tədbirlər ciddi şəkildə yerinə yetiriləcəkdir. Heç vaxt məqsəd xaricində istifadəyə icazə verilməyəcək”.
Millət vəkilinin sözlərinə görə, saxta mallara qarşı sanksiyalar gücləndirilir: “İndiyə qədər bununla bağlı cəza 27 min 877 TL idi. Yeni tənzimləmədə 50 min TL-dən 500 min TL-yə qədər pul cəzası tətbiq edilə bilər. Uydurma və təqlid mallar bazara çıxarılarsa, 1-3 il arası həbs cəzası veriləcək və onların bazara çıxması qadağan ediləcək. İdarə Heyətinin üzvlərindən tutmuş ümumi menecerlərə qədər hər kəs cərimə oluna bilər, buradan xəbərdarlıq edək”.