25 İyun 2020 17:30
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiyanın yayılma sürəti artır.

Teleqraf.com xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Operativ Qərargahın bugünkü brifinqində deyib:

"İlk 100 minə yoluxma sürəti 2 ay vaxt alsa da, son günlərdə bu artıb. Avropada vəziyyət yaxşılaşsa da, qlobal səviyyədə durum ürək açan deyil. Dünya üzrə virusa yoluxanların 21 faizi tibb işçiləridir".

O bildirib ki, ÜST tərəfindən 10 peyvəndin üzərində sınaq aparılır: "Bir peyvənd yaxın zamanlarda tətbiq oluna bilər".

Hande Harmancı əlavə edib ki, COVID-19 ilə mübarizədə "Sağlamlıq həmrəyliyi" layihəsi başlayacaq: "Bu layihə 2 il davam edəcək. Bu müddətə ön cəbhədə çalışan tibb işçilərinin tibbi ləvazimatlarla təmin olunmasına dəstək olacaq, onlara təlimlər keçəcəyik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər