COVID-19-a yoluxan şair, tərcüməçi Səlim Babullaoğlu sağalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Səlim Babullaoğlu özü Feysbukda məlumat yayıb.
Onun sözlərinə görə, növbəti analizinin nəticəsi mənfi çıxıb və artıq evə buraxılıb: "Səhhətim, şükür Allaha, normaldır. Analiz neqativdir. Bərpa prosesi keçilməlidir. Bütün dostlara, həkimlərə təşəkkürlər".
Qeyd edək ki, iyunun 18-də Səlim Babullaoğlu koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi.