Bu gün kliniki simptomları olan və çarter reysləri ilə ölkəyə gətirilən vətəndaşlar üzərində testlər aparılır.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Hazırda 23 laboratoriyamız var, lakin qarşıdakı günlərdə test sayı artacaq. Hazırda da test sayının artımı müşahidə olunur".
O bildirib ki, SMS icazələrdə məhdudiyyətin tətbiqində məqsəd xəstəliyə yoluxmaların azalmasıdır.