3 İyul 2020 18:02
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün xidmət sahələri üzrə metodiki tövsiyələri ekspertlərlə hazırlamışıq.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Burada təməl məsələ maska və sosial məsafənin qorunmasıdır. Bu gün yoluxduğu bilinməyən şəxslər var. Əsas məsələ qaydalara əməl etməkdir. Yoluxması testlərlə aşkar olunanlar isə özlərini evdə təcrid etməlidirlər. Bu testlərə külli miqdarda dövlət vəsaiti sərf olunur. Əgər bu qaydalara əməl etsək, yoluxma sürətini azaltmış olarıq".

O qeyd edib ki, tibb işçiləri arasında 8 faiz yoluxma halı var: "Bu hallar isə pandemiya xəstəxanalarında deyil, digər xəstəxanalarda işləyənlərdir"


Müəllif: Aysel Azad

Oxşar xəbərlər