Bu il Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların müqəddəs missiyası başa çatıb.
Qafqaz Müsəlmanları İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, azərbaycanlı zəvvarlar Həcc ayinlərini Məkkədə bitirərək Həzrət Muhəmmədin (s) qəbri-şərifini ziyarət etmək üçün artıq oktyabrın 9-dan başlayaraq Mədinə şəhərinə yola düşəcəklər. Qeyd edilən səfər Həcc ziyarətinin vacib şərtlərindən olmasa da bu, hər il hacıların öz arzusu ilə həyata keçirilir.
Zəvvarların Vətənə qayıdışı isə oktyabrın 11-dən etibarən mərhələli şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, Suriyada baş verən hadisələri və regionda İŞİD terror təşkilatının yaratdığı təhlükəni nəzərə alan QMİ Həcc ziyarətinə səfərləri bu il də yalnız təyyarə reysləri ilə təşkil edib. Həcc ziyarətinə bu il Azərbaycandan 4 minə yaxın zəvvar gedib.
BƏXTİYAR