17 İyul 2020 00:35
1 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən şəhidlərimizin sayı 11 olub, bu gün daha 1 şəhid verdik, 2 nəfər mülki vətəndaşımız da müharibə şəraiti ilə bağlı dünyasını dəyişib. Türk media qrumlarından birinə verdiyim açıqlamamda texniki səhv olub, şəhidlərin sayı yanlış bildirilib.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Arzu Nağıyev bildirib.

"Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin. Əsas məqam odur ki, Azərbaycan ordusu ərazidə nəzarəti tam şəkildə ələ alıb, erməni hərbçilərinin təxribatının qarşısı tam alınıb", - deyə o vurğulayıb.

Millət vəkili qeyd edib ki, bu günlər ərzində qəhrəmancasına həlak olan bir neçə şəhidin dəfn mərasimində iştirak edib: "Onların fədakarlıqları heç zaman unudlmayacaq. Azərbaycan ordusu yüksək peşəkarlıqla öz işini görür, ordu rəhbərliyi, istərsə də sakinlər mütəşəkkildirlər, bu istiqamətdə lazımi tədbirlər görülür, erməni təxribatlarının qarşısı qətiyyətlə alınır. Vəziyyət Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər