20 İyul 2020 18:19
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yoluxma statistikasında hazırda müsbət dəyişiklik var.

Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Yoluxmalarda artım gözlənilir, lakin hələ ki biz bunu görmürük. Çünki virusun müəyyən inkubasiya dövrü var. Biz unutmayaq, koronavirus realdır, mövcuddur. Buna görə də ətrafımızdakı insanları qorumalıyıq".

Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov əlavə edib ki, yas mərasimlərinə gələn insanlara məhdudiyyət qoyulması düzgün olmaz: "Lakin sosial məsafənin qorunması vacibdir. Amma kiminsə yaxını vəfat etdikdə, böyük yas mərasimlərinin keçirilməsi düzgün deyil. Dünya ölkələrində kişilər daha çox yoluxursa, bizdə əksinədir. Çünki bizdə yas mərasimlərində qadınlar daha çox iştirak edirlər. Buna görə də xahiş edirəm ki, yeni reallığı dərk edib, riskləri nəzərə alaq"


Müəllif: Aysel Azad

Oxşar xəbərlər