Sabahdan etibarən Bakıda müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılır.
Bu barədə Teleqraf.com-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Qeyd olunub ki, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 8 avqust gecə 00:00-dan müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.
Nəqliyyat vasitələri 10 avqust səhər saat 06:00-dan yenidən faəliyyətlərini bəpa edəcəklər.