Birinci mərhələdə yardım göstərilən mikrofərdi sahibkarlara ikinci mərhələdə də yardım edilib.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"Burada sosial vəziyyəti nəzərə alınan mikrosahibkarlara 250 manat yardım edilir. Digər sahələrdə fəaliyyət göstərən sahibkarlara isə 500 milyon bank kreditlərinin verilməsi nəzərdə tutulur. Kredit faizlərinin müəyyənləşdirilməsi də dövlət subsidiyasının nəzarətindədir, yəni 250 manat almayan sahibkarlar digər dəstək tədbirlərindən faydalana bilərlər".
O qeyd edib ki, işçi sayını əhəmiyyətli dərəcədə azaltmayan sahibkarlara əməkdaşlarının əmək haqlarını ödəmələri üçün vəsait yaxın zamanda hesablarına ödəniləcək.