11 Oktyabr 2014 13:54
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 600-ə yaxın, indiyədək isə 27500-ə yaxın müraciət daxil olub.

Teleqraf.com xəbər verir ki, müraciətlər, əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, nazirlik tərəfindən göstərilən elektron xidmətlər, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı olub.

Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.

Qeyd edək ki, 195-2 Telefon Məlumat Mərkəzi İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə dair sualların nazirliyə gəlmədən operativ və ətraflı cavablandırılması məqsədilə yaradılıb.

Ölkənin istənilən ərazisindən stasionar və mobil telefonlardan məlumat mərkəzinə zəng etməklə nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə cavab almaq mümkündür.

Telefon xidməti canlı rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində, fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

İlhamə


Müəllif: