21 Avqust 2020 17:11
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkimlərin bu virusla mübarizə aparması qürurvericidir və işimizdən zövq alaraq çalışırıq.

Teleqraf.com xəbər verir ki, bunu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, Azərbaycanda virus ilk olaraq cənub bölgəsində yayılmağa başladı:

"İrandan ölkəyə daxil olan koronavirusa yoluxmuş vətəndaşda fevral ayında virus aşkarlandı və Operativ Qərargah yaradıldı. Hazırda 3000-nə yaxın həkim koronavirusla mübarizəyə cəlb olunub.

Qısa zamanda pandemiya xəstəxanaları ərsəyə gəldi, dərman, təchizatla təmin olundu. Bu günə qədər 3 karantin qrupunu yola saldıq və karantin xəstəxanamız mobilləşdirildi. Xidmətin yüksək səviyyədə təşkil olunması ilk gündən göz önündədir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər