Seroloji testlər qanda mikroorqanizmlərin, anticisimlərin aşkarlanması üçün tətbiq olunur.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib:
"Virus orqanizmə daxil olduqdan sonra qan zərdabında antisimlər aşkarlanır. Bu isə müəyyən müddət apardığı üçün virusun aşkarlanmasında anticisimlərdən yox, PSR testlərdən istifadə olunur. Seroloji testlər məhz xəstənin daha əvvəl virusu keçirib-keçirmədiyini müəyyən edir.
Seroloji testlərin tətbiqi ilə biz insanların nə qədər hissəsinin virusa yoluxduğunu müəyyən edərək, yumşaldılma tədbirlərini nəzərə ala bilərik. Bu günə qədər 300 insanda testlər tətbiq olunub və qan zərdabında anticisimlərin yaranması təhlil olunub".
Hikmət Hacıyev əlavə edib ki, seroloji testlərdən keçmək üçün müraciət edən vətəndaşlar var: "Burada hər hansı risk yoxdur, əksinə, bu prosesdə iştirak edən vətəndaşlar koronavirusla mübarizə tədbirlərinə töhfə verə bilərlər".