Pandemiya dövründə maskadan istifadə və sosial məsafə ilə bağlı mütəxəssislər arasında fikir ayrılığı olub.
Teleqraf.com xəbər verir ki, bu mövzuda Türkiyənin məşhur həkimləri Mehmet Çilingiroğlu və Mehmet Ceyhan arasında da mübahisə baş verib.
Mehmet Çilingiroğlu həmkarının koronavirus pandemiyası yeni başlayan dönəmdə maska ilə bağlı verdiyi açıqlamanı sosial şəbəkə hesabında tənqid edib: “Mehmet müəllim, əvvəllər maska taxılmasının əleyhinə idiz. İndisə "maska taxın" deyirsiniz. Başa düşmədim, elm dəyişdi, yoxsa siz? Yəni yuxarı tənəffüs yolları infeksiyalarında maska taxmırsız? Bu, necə nəzarət üsuludur?”
Mehmet Çilingiroğlunun paylaşımına səssiz qalmayan Mehmet Ceyhan ona sərt cavab verib: “Səni adam yerinə qoyub cavab yazmazdım, amma bunu deməliyəm. Sənin kimi olmayan adlardan istifadə edən, elmdən uzaq birinin məzun olmasında töhfəm olduğu üçün utanıram”.