18 Sentyabr 2020 14:47
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Enerji Xartiyası və Azərbaycanın Energetika Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın sədrliyi ilə “Enerji istehsalı, nəqli, istilik və soyutma sahələrində bərpa olunan enerji mənbələrinə keçid: müasir çağırışlar və meyllər” mövzusunda Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək.

Energetika Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, forum 28 oktyabr 2020-ci il tarixində saat 09:00-dan 13:00-dək onlayn formatda təşkil olunacaq.

Forumda bərpa olunan enerji mənbələrinə əsaslanan daha dayanıqlı bir dünyada çağırış və imkanlar nəzərdən keçiriləcək, həmçinin, bütün dünyada enerji sektorunun gələcəyini müasir strategiya, layihə və texnologiyaların necə formalaşdıracağı müzakirə ediləcək. Tədbirdə Enerji Xartiyasının iştirakçısı olan ölkələrin hökumət və beynəlxalq təşkilatlarından yüksək səviyyəli məruzəçilər, həmçinin, özəl sektordan, maliyyə institutlarından, analitik mərkəzlərdən və elmi dairələrdən olan aparıcı beynəlxalq ekspertlər iştirak edəcəklər.


Müəllif: Səxavət

Oxşar xəbərlər