17 Oktyabr 2020 12:57
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev ermənilərin Gəncə şəhərində dinc əhaliyə atəş açmasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Faiq Ağayev ermənilərin vəhşiliyini pisləyib:

"Gəncə və Mingəçevir yenə də erməni atəşinə məruz qaldı. Allah millətimizi qorusun! Qüdrətli Azərbaycan Ordusunun cavabı sarsıdıcı olacaq. Ermənistan höküməti özünə, ordusuna və xalqına qəbir qazmaqla məşğuldur.

Dinc əhalimizin atəşə tutulması, münaqişə zonasından kənarda yerləşən şəhərlərimizə yönələn bu hücumlar Şuşada, Xankəndində Azərbaycan bayrağının dalğalanması gününü sürətlə tezləşdirir.
Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər