22 Oktyabr 2020 12:20
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç və onun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Ombudsman Aparatından Teleqraf.com-a verilən məlumata görə, S.Əliyeva Şərəf Malkoçla Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib. Daha sonra Ombudsman qonaqlarla birlikdə Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini ehtiramla yad edib.

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç və onun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Ombudsman Səbinə Əliyeva Şərəf Malkoçla Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib. Daha sonra Ombudsman qonaqlarla birlikdə Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini ehtiramla yad edib.


Müəllif: Teleqraf.com