16 Oktyabr 2014 21:56
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir insan gün ərzində çoxlu stresslərə məruz qalır. İş, ev qayğıları, gündəlik gərginlik insanın normal istirahət edə bilməməsinə gətirib çıxardır. Bəzən də, insanlar işdən evə çox yorğun qayıdarkən, yuxuya gedə bilmirlər. Bunlar hamısı bizim yaşadığımız həyat tərzinin nəticəsidir. Bu həyat tərzi də stresslərə və yuxusuzluğa gətirib çıxardır.

Lakin, özümüzü bu hala gətirməzdən öncə yuxunun normalaşmasına kömək edən, psixoloq məsləhətlərindən yararlana bilərik. Tabloid.az “Psixologiya” jurnalının maraqlı məsləhətlərini təqdim edir:

1. Yatmazdan əvvəl kitab oxumayın və televizora baxmayın. Əgər veriliş və ya kitab maraqlıdırsa, beyin hələ çox müddət sakitləşməyəcək və siz yuxuya gedə bilməyəcəksiniz.

2. Yatmağa ancaq yuxunuz gəldikdə hazırlaşın.

3. Günün ikinci yarısında aktiv iş görməyin. Ümumiyyətlə, yatmazdan əvvəl problemlər və sabaha olan planlar barədə heç fikirləşməyin.

4. Bəzi həkimlər gərginliyi aradan götürmək üçün nəfəs məşqləri etməyi məsləhət görürlər.

5. 15-20 dəqiqə ərzində yuxuya getmədinizsə, sizi taqətdən salan bir işlə məşqul olun.

6. Yataq otağınızı həmişə sərin saxlayın və yatmazdan əvvəl mütləq havasını dəyişin.

7. Yuxu gəlməsi üçün rəqəm saymağı da unudun. Hesab beyinin müəyyən sahələrini aktivləşdirir və yuxuya getməyi daha da çətinləşə bilər.

8. Yatmazdan 3 saat əvvəl ərzində bütün fiziki aktiv işlərinizi başa çatdırın.

9. Çox yeməyin. Ümumiyyətlə, qidanın qəbul edilməsi, yatmazdan 2-3 saat əvvəl olmalıdır.

10. Çalışın gündüz vaxtlarında mürgüləməyin.

11. Əgər siz gecəyarısı oyanıb sonra yuxuya gedə bilmirsinizsə, özünüzü yatmağa məcbur etməyin. Ayağa qalxıb işlə məşqul olun. Yuxunuz gəldiyini hiss etdikdə isə yenidən çarpayınıza girib, yatmağa çalışın.

12. Yatmazdan əvvəl siqaret çəkməyin, qəhvə və spirtli içki qəbul etməyin.

13. Qorxulu yuxu görürsünüzsə, oyanarkən yuxunun sonluğunu özünüz xoş təsirli uydurun.

14. Yatmağa hazırlaşarkən sinirləri sakitləşdirən musiqi dinləyin.

15. Yatmazdan əvvəl bir çay qaşığı bal yeyin. Bu, möhkəm yatmağa kömək edəcək.

Əgər bu məsləhətlər də kömək olmasa, onda mütləq həkimə müraciət edin.


Müəllif:

Oxşar xəbərlər