Qərbi Kaspi Universitetində 27-28 noyabr tarixlərində "Pontokaspi və Qafqaz Bölgəsi: ekosistemlərin birləşməsi və izolyasiyası şəraitində dəyişikliklər, canlıların filogenezi, geologiya, ekologiya və coğrafiyası" adlı Multidisiplinar Beynəlxalq Konfrans (onlayn) keçiriləcək.
Ponto-Kaspi (Xəzər, Qaradəniz və Azov dənizi)və Qafqaz regionu böyük bir çoğrafi ərazini əhatə edir. Bu tarixi bölgədə olan həm su hövzələri və həm də quru ərazilərininözünəməxsus zəngin flora və faunası digər bölgələrdən fərqlənir. Həmçinin bu bölgələrin dağları, tarixi, etnoqrafiyası, arxelogiyası və burada yaşayan xalqların fərqli mədəniyyələtri, təbii ehtiyatlarıturizmin və iqtisadiyyatın inkişafında rolu olduqca böyükdür.
27-28 noyabr 2020-ci tarixində Qərbi Kaspi Universitetində təşkil olunacaq beynəlxalq konfransda Pontokaspi və Qafqaz Bölgəsi, bu ərazidə ekosistemlərin birləşməsi və izolyasiyası şəraitində yaranmış dəyişikliklər, suda və quruda yaşayan canlıların filogenezi, flora və faunanın özəllikləri, geologiya, ekologiya və coğrafiyası, Pontokaspi və Qafqaz Bölgəsində yaşayan insanların mədəniyyətləri, psixoloji və gerontoloji xüsusiyyətləri, bölgə tarixinin maraqlı məqamları və s. alimlər tərəfindən müzakirə edilməsi gözlərnilir. Multidisiplinar Beynəlxalq Konfransın (onlayn) əsas məqsədi fərqli sahələrdə çalışan dünya alimlərinin diqqətini Pontokaspi və Qafqaz bölgəsinin öyrənilməsinə həsr olunmuş çoxsaylı elmi tədqiqatlara yönəltmək və bu bölgənin qlobal problemlərinin həllinə istiqamətlənmiş tədbirlər hazırlanmasına şərait yaratmaqdır.
Konfransda aşağıda qeyd olunan mövzularda aparılan tədqiqatlara aid mühazirələrin dinlənilməsi planlaşdırılır:
1. Qapalı su hövzəsi canlılarının filogenezi
2. Xəzər dənizi ehtiyatlarının idarə olunmasının iqtisadi aspektlərinin müasir vəziyyəti
3. Müasir dövrdə flora və faunanın genetikası, ekologiyası və coğrafiyasının oxşar və fərqli cəhətləri
4. Pontokaspi bölgəsində geoloji və coğrafi dəyişikliklərin xarakteristikası
5. Ekoloji və iqlim dəyişikliklərin dağ ekosistemlərinə təsiri
6. Hidrobioloji proseslərin riyazi-statistik modelləşdirilməsi və biofiziki tədqiqi üsulları.
7. Pontokaspi bölgəsinin tarixi, etnoqrafiyası, yerli əhalinin mədəniyyəti, psixoloji və gerantoloji xüsusiyyətləri
8. Bərpa olunan su ehtiyatlarının kənd təsərrüfatının inkişafında rolu.
9. Antropogen təsirlərin dəniz mənşəli məhsulların qıtlığının yaranmasında rolu
10. Pontokaspi bölgəsinin arxeoloji yaddaşı və tarixi abidələrinin turizmin inkişafında rolu.
Konfransda iştirak etmək istəyənlər aşağıda tələb olunan qaydada yazılmış məqaləni [email protected] ünvanına göndərməlidir.
Konfrans üçün qəbul olunan məqalələrə tələbatlar:
1. Konfransın dili: Azərbaycan, rus,ingilis
2. İştirak forması: məruzə, qiyabi iştirak (yalnız tezis çapı ilə)
3. Məqalənin yazılış tələbatı: A4 formatlı kağızda (hər tərəfdən 2,0 sm) Times New Roman şrifti, 14 ölçü (keql), 1,0 interval, 2-4 vərəq həcmində.
4. Məqalənin adı: böyük hərflərlə ortada yazılmalı.
5. Müəllifin adı, atasının adı və soyadı, elmi dərəcəsi (varsa), işlədiyi və ya oxuduğu yer göstərilməli, əlaqə telefonu, emaili qeyd olunmalıdır.
6. Məqalənin mətni: giriş hissə, metodika, alınmış nəticələr və müzakirə, açar sözlər (5-8 –dən artıq olmamaq şərtilə), qrafik təsvirlər, cədvəllər Mikrosoft Word proqramında işlənməli və mətnin arasında verilməli, ədəbiyyat siyahısı 5-12 istinad olmaqla, original dildə verilməlidir.
7. Xülasələr məqalənin dilindən əlavə 2 dildə tərtib olunmalı, məqalənin adı, açar sözləri daxil olmaqla 200-300 simvoldan artıq olmamalıdır.
8. Məqalələr ([email protected]) və müəllif haqqında məlumat anketi bu emaildə qəbul olunur.
9. Məruzə etmək istəyənlər əlavə olaraq, öz məruzəsinin slaydını konfransdan ən azı iki həftə əvvəl təqdim etməli, məruzə -6-10 dəqiqə müddətində nəzərdə tutulmalıdır. Göndəriləcək məqalənin faylının adı olmalıdır: iştirakçının soyadı və adı, məqalənin dili, konfransın hansı bölməsinə təqdim edilməsi (Nümunə: Əliyeva_sona_az_9)
10. Konfrans üçün heç bir ödəniş tələb olunmur, konfransın sonunda məqalələr toplusu və sertifikat hədiyyə ediləcək.
11. Məqalələr və ya konfrans barədə məlumat almaq üçün [email protected]; [email protected] ünvanlara və +994503804359 nömrəsinə zəng edə bilərsiniz.
12. Məqalələrin son qəbul tarixi: 20 noyabr 2020-ci il, saat 18.00.