28 Noyabr 2020 13:13
3 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə Rayon İcra Hakimiyyətinin Azərbaycan və Türkiyə bayraqlarına qarşı təhqiramiz addım atdığı haqda məlumat yayılıb.

Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Vətən müharibəsi zamanı ucaldılan qardaş ölkə bayraqlarının bir neçə gün öncə çıxarıldığını və bayraqlara yaraşmayan tərzdə qarajın bir küncünə atıldığını bildiriblər.

Bayraqların əvvəlki görünüşü, həmçinin bayraq dirəklərinin kəsilməsi və hazırda bayraqların saxlandığı yerin foto və videosu da paylaşılıb.

***

Bərdə rayon icra başçısı Vidadi İsayev saytımıza açıqlamasında deyib ki, Azərbaycan və Türkiyə bayraqlarının dirəyi küləkli hava şəraiti səbəbindən qırılıb.

“Həmin vaxtıhava şəraiti həddindən çox küləkli idi. Bayrağın asıldığı dirəklər isə nazik olub və torpağa basdırılmışdı. Həmin dirəkləri külək aşırmışdı. Əraziyə baxış keçirilən zaman bayraqlar səliqə ilə götürülüb yaxınlıqdakı sexin qarşısına qoyulmuşdu ki, külək kəsdikdən sonra yenidən yerinə qaytarılsın. Lakin hansısa maraqlı qüvvələr onu yerə atararaq, şəkillərini çəkib ictimailəşdirib”, - başçı bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər