"Qarabağ" klubu 27 il sonra öz stadionu İmarətdə futbol oynayıb.
Teleqraf.com xəbər verir ki, "Haber Global" telekanalı matçdan kadrları paylaşılıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin "Qarabağ" klubunun üzvləri ilə futbol oynaması diqqət çəkib.
Matç diplomatik korpus nümayəndələrinin və beynəlxalq təşkilat rəhbərlərinin işğaldan azad olunmuş Ağdam səfəri çərçivəsində keçirilib.