22 Oktyabr 2014 15:42
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

“KOOMET” Regional Metrologiya TəşkilatınınTK1.11 “Vaxt və tezlik” Texniki Komitəsinin 9-cu iclası Bakıda keçirilib

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidmətinin təşkilatçılığı ilə cari ilin 21-22 oktyabr tarixlərində Bakı şəhərində “KOOMET” Regional Metrologiya Təşkilatının (Avro-Asiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı) TK1.11 “Vaxt və tezlik” Texniki Komitəsinin 9-cu iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Dövlət Metrologiya Xidməti əməkdaşları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun, Belarus, Türkiyə və Rusiyanın metrologiya təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Komitə yanında Dövlət Metrologiya Xidmətinin rəisi Oktay Abbasov Azərbaycanda metrologiya sahəsində görülmüş işlər və gələcək planlar barədə tədbir iştirakçılarına məlumat verib.
Türkiyənin Elmi və Texnoloji Araşdırma Şurasının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) əməkdaşı Dr. Ramiz Hamid təqdimatla çıxış edərək vaxt və tezlik sahəsi üzrə EUROMET və TÜBİTAK UME-də hal hazırda aparılan işlər barədə iclas iştirakçılarına geniş məlumat verib.

Tədbirin sonunda KOOMET TK 1.11 “Vaxt və tezlik” üzrə Texniki Komitəsinin iştirakçıları Komitənin Milli Etalon Mərkəzinə gələrək laboratoriyalarla tanış olublar.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər